Şəhər haqqında
Əhalisi
Şəhər əhalisinin sayı 01.12.2025-ci il tarixə 85965 nəfər olmuş, 2025-ci ilin 11 ayı ərzində 179 nəfər və yaxud 0,2% artmışdır. Əhalinin 94,7 %-i şəhərdə, 5, 3%-i qəsəbələrdə yaşayır.
Əhalinin ümumi sayının 49,0 %-ni (42,1) kişilər, 51,0 %-ni (43,8) qadınlar təşkil edir. Əhalinin 99,6 %-i azərbaycanlılardan, 0.3 %-i ruslardan, 0,1 %-i isə digər xalqların nümayəndələrindən ibarətdir.
Şirvan şəhərinin əhalisi respublika əhalisinin 0,8%-ni təşkil edir. Şəhərin tərkibində Hacıqəhrəmanlı (əhalisinin sayı 2262 nəfər) və Bayramlı (əhalisinin sayı 2321 nəfər) kimi iri yaşayış qəsəbələri vardır.
Şirvan şəhər əhalisinin 19,4 %-i 0-14 yaşda, 77,2 %-i 15-64 yaşda, 3,4 %-i isə 65 və yuxarı yaşada olanlardır.
2025-ci ilin 11 ayı ərzində 359 nikah, 206 boşanma faktı qeydə alınmışdır. İl ərzində doğulanların sayı 740 nəfər, ölənlərin sayı 545 nəfər, təbii artım isə 195 nəfər olmuşdur.






