Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2020-ci ildə iqtisadiyyatın əsas sahlərində ümumi məhsul buraxılışı 629 milyon 808,2 min manat olmuşdur.
   Ümumi məhsul buraxılışında  62,7 faiz xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı 394 milyon 537,7 min manat olmuşdur. Digər  sahələrin ümumi  məhsulda payı 37,3 faiz təşkil etmişdir.
   Sənaye məhsullarının 26,1 faizi mədənçıxarma, 20,5 faizi emal, 52,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində istehsal olmuşdur.
   Hesabat dövründə sənaye sahələrində istehsal olunmuş məhsulun 64,3 faizi  və ya 253 milyon 564,1 min manatı dövlət, 35,7 faizi və ya 140 milyon 973,6 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilmişdir.
   2020-ci il ərzində  şəhərdə 241,5 min ton əmtəəlik neft, 5.6 milyon m3 əmtəəlik qaz və    5 milyard 43.9 milyon kvt/saat elektrik enerjisi istehsal edilmişdir.
   Şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 64 milyon 330.3 min manat vəsait yönəldilmişdir ki, onun da 39 milyon 303.5 min  manatı və ya 61,1 faizi, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
   2020-ci il ərzində nəqliyyat müəssisələri və avtomobil  nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 18 milyon 255 min nəfər sərnişin, 295.0 min ton yük daşınmışdır.
   2020-ci il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi  287 milyon 474.2 min  manat olmuşdur.
   2020-ci ildə  ticarət və xidmət şəbəkələri tərəfindən əhaliyə 328 milyon 756.6 min manatlıq  müxtəlif  çeşiddə istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
   Şirvan şəhərində bir işçiyə hesablanmış  orta aylıq əmək haqqı 573,6 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur.
   2021-ci il 01 yanvar tarixə Şirvan şəhər əhalisinin sayı 87 min 946 nəfər olmuşdur.
   2021-ci ilin 01 yanvar vəziyyətinə  şəhərdə  əmək pensiyaçıların sayı 9673 nəfər olmuşdur ki, onlardan 6032 nəfəri yaşa, 2360 nəfəri əlilliyə, 1281 nəfəri  isə ailə başçısının itirilməsinə görə pensiya alanlar olmuşdur.
   Belə ki, 2020-ci il ərzində  13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında  Şirvan şəhər üzrə  qeydiyyatda olan işaxtaran vətəndaşlardan  1159 nəfər  işlə təmin olunmuşdur. Hesabat ili ərzində yeni açılmış iş yerlərinin sayı 958 vahid olmuşdur ki, onlardan da  tam 100 faizini daimi iş yerləri təşkil etmişdir. Bununla yanaşı pandemiya ilə əlaqədar ”Dost İş Mərkəzi” MMC-də müvəqqəti açılmış 2 aylıq ictimai işlərə aprel ayında 578 nəfər, sentyabr ayında 264 nəfər  Mərkəzdə işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunmuşdur. Hesabat dövründə Mərkəz tərəfindən 72 nəfər işaxtaran  vətəndaşa işsizlikdən sığorta ödənişi təyin edilmişdir.
   Hesabat  dövrü ərzində Mərkəzə müraciət etmiş işsiz və işaxtaran vətəndaşlardan 314 nəfər şəxs özünüməşğulluq proqramına cəlb olunmuşdur. Həmin şəxslərdən 274 nəfəri öz biznes-planlarını uğurla müdafiə etmiş, onlardan 263 nəfəri aktivlərlə təmin olunmuşdur. Aktivlərlə təmin olunanlardan 14 nəfəri şəhid ailəsi olmuşdur.
   2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə Şirvan şəhəri üzrə ümumilikdə    4  layihə həyata keçirilməklə sənaye və kənd təsərrüfatı istehsalçılarına 100 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Bunun da nəticəsində  15 yeni iş yerinin açılmasına zəmin yaranmışdır.
   “Aqrolizinq”ASC-nin Şirvan Təchizat Bazası tərəfindən bu dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 70.0 min manat dəyərində 70 faiz güzəştli qiymətlə 131,0 ton mineral  gübrə satılmış, 94 ədəd kənd təsərrüfatı texnikası istehsalçılara lizinqə verilmiş və hazırda davam etdirilir.

Keçidlər