Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs
     400 çarpayı yerlik Şirvan şəhər Mərkəzi Xəstəxanası 5 səhiyyə müəssisəsi(şəhər Mərkəzi Xəstəxanası, Birləşmiş Uşaq Xəstəxanası, şəhər Doğum evi, Onkoloji Xəstəxana, Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası), həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbə həkim ambulatoriyaları ilə şəhər əhalisinə tibbi xidmət göstərməkdədir.
     2010-cu ildə şəhər Mərkəzi Xəstəxanasının əsas korpusu, şəhər Doğum evi, 2011-ci ildə Qəbul şöbəsi, Anestizologiya, Reanimatologiya şöbələri, Birləşmiş Uşaq Xəstəxanasının stasionar şöbəsi, eyni zamanda Urologiya, Terapiya şöbələri, Məhkəmə Tibbi Ekspertizasının binası Səhiyyə Nazirliyinin vəsaiti hesabına əsaslı şəkildə təmir olunmuşdur. Xəstəxananın hasarı yenidən qurulmış, maşınların saxlanılması üçün yeni qaraj tikilmişdir. Bundan əlavə 2011-ci ildə Vərəm şöbəsində, Mərkəzi Poliklinikada, xəstəxananın anbarında, daxili aptekində və mətbəxində əsaslı təmir işləri aparılmışdır.
     Ümumilikdə xəstəxanada 988 tibb işçisi çalışır ki, onlardan 171-i həkim, 451-i orta tibb işçisi, 366-sı isə kiçik tibb işçiləridir. Xəstəxana tərəfindən 3755 şəkərli diabet, 581 vərəm, 73 talassemiya, 24 hemofiliya  və  994 psixatrik xəstələrə ambulator və stasionar tibbi xidmət göstərilməkdədir. Şirvan Şəhər Mərkəzi Xəstəxanası Səhiyyə Nazirliyi Kollegiyasının  qərarı ilə 25.09.2019-cu il tarixdən Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs adlandırılmışdır.

 

Şirvan Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxs
    Şirvan Müalicə Diaqnostika  Mərkəzi  Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı “ çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmişdir .
    2007-ci ilin  dekabrın 24-də dövlət  başçısının  iştirakı  ilə açılış mərasimi  keçirilən  Şirvan  Müalicə Diaqnostika Mərkəzi regional  olaraq Şirvan şəhəri də daxil olmaqla  ətraf  rayonların  əhalisinə yüksək tibbi xidmət göstərməkdədir. Ümumi sahəsi 1,2 ha olan mərkəz 4 mərtəbəli əsas korpusdan və yardımçı binalardan(camaşirxana, mətbəx, qazanxana, qaraj və su anbarı) ibarətdir . Hazırda Mərkəzdə 245 nəfər işçi çalışır.
    Mərkəz Konsultativ poliklinika, Qəbul şöbəsi, Fizioterapiya və tibbi bərpa şöbəsi, Şüa diaqnostika , Hemodializ şöbələri ilə yanaşı,  26 çarpayılıq sasionar(Cərrahiyyə, Reanimasiya, Anesteziologiya və İntensiv terapiya) şöbələri ilə də əhaliyə tibbi xidmət göstərməkdədir. Konsultativ poliklinika şöbəsində müasir tibb avadanlıqları-Exo Kardioqramma, Lor, Stomotoloji, Endoskopik(Olympus şirkəti), Şüa diaqnostika şöbəsində Kompüter tomoqrafiya, Rentgen və Ultrasəslə müayinə aparatları quraşdırılmışdır.
    Hemodializ şöbəsində 26 dializ aparatı vardır və 100 böyrək çatışmazlığından əziyyət çəkən xəstə sutka ərzində 2 növbəli olmaqla davamlı olaraq dializ seansı almaqdadır .
    Mərkəzin tibbi heyəti davamlı olaraq öz bilik və bacarıqlarını artırmaq məqsədi ilə müxtəlif tibbi seminar, konfrans və kurslarda iştirak edir . Hal-hazırda mərkəzdə çalışan həkimlərdən 3 nəfəri tibb elmləri üzrə fəlsəfə doktorudur. 2019-cu ilin  01 noyabr tarixindən Şirvan Müalicə Diaqnostika Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirir.
    

 

Şirvan şəhər  Əlillərin Regional Bərpa Mərkəzi
     Şirvan şəhər Əlillərin Bərpa Mərkəzi 2004-cü ilin yanvar ayından fəaliyyət göstərir.  Mərkəzdə Şirvan, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Cəbrayıl, Beylaqan, İmişli və Fizuli rayonlarında yaşayan 18 yaşından  yuxarı  bütün  kateqoriyalardan  olan əlillərin kompleks tibbi sosial bərpa müalicəsi aparılır. Mərkəzdə stasionar  əlil  xəstə qəbulu ilə yanaşı ambulator  əlillərdə  qəbul olunur.
     Mərkəzin 14 çarpayı, 6 palatası, əlillərin müalicəsi üçün müalicə kabinetləri vardır(fizioterapiya otağı, hovuz, müalicəvi idman otağı, massaj otağı, vanna otağı, konservativ müalicə aparmaq üçün prosedura kabineti, naftalan və parafin otağı, müalicəvi duşlar otağı). Mərkəzdə müalicə olunan əlillər müalicə aldığı dövrdə gün ərzində 3 dəfə  pəhriz yeməyi  ilə  və xüsusi geyimlə təmin olunurlar. Mərkəzdə əlillərin istirahət  və müalicələri üçün hər cür şərait yaradılmışdır. Müəssisə əsaslı şəkildə təmir olunaraq 2020-ci ilin sentyabr ayında yenidən istifadəyə verilmidşir. Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməkdədir.

 

Keçidlər