Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər idarələri

 

HÜQUQ MÜHAFİZƏ ORQANLARI

Şirvan şəhər Prokurorluğu

Ünvan: F.İsmayılov küçəsi 4
      Tel: 021-215-06-16
      Faks: 021-215-06-41

Şirvan şəhər Polis Şöbəsi

Ünvan: F.İsmayılov küçəsi 1
      Tel: 021-215-14-50
      Növbətçi hissə: 021-215-14-50

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti,                

Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsi

Ünvan: Şirvan şəhər Naxçıvan küçəsi 3
      Tel: 021-215-14-94
      Dispetçer otağı: 101, 021-215-04-54

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi

Ünvan: H.Əliyev prospekti 4
      Tel: 021-215-13-77
      Növbətçi hissə: 021-215-34-22

Şirvan şəhər Məhkəməsi

Ünvan: 20 Yanvar küçəsi 16
      Tel: 021-215-01-51

 

Şirvan  şəhər Statistika idarəsi

Şirvan şəhər Statistika idarəsi şəhər ərazisində statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkənin aidiyyəti regionunda sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdırır. Şəhər Statistika idarəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərir və bilavasitə ona tabedir. Şəhər statistika idarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Rəsmi statistika haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Statistika Komitəsinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur.

Şəhər statistika idarəsi  öz işini Dövlət Statistika Komitəsinin illik “Statistik işlər proqramı” və “İcra Hakimiyyəti orqanlarına təqdim edilən iqtisadi-statistik məlumatlara dair tövsiyyələr” əsasında şəhər ərazisində qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərlə, ev təsərrüfatları ilə  qarşılıqlı əlaqə qurmaqla fəaliyyət göstərir. İdarə 11 ştat vahidindən(dövlət qulluqçusundan) və 2 nəfər xidməti  müqaviləsi(ştatdan kənar) əsasında fəaliyyət göstərən işçilərdən ibarətdir.

Ünvan: Şirvan şəhər İstiqlaliyyət prospekti 14
      Əlaqə telefonları: (02121)5-00-93, (02121) 5-10-17
      Faks: (02121)5-00-93
      Elektron ünvan: shirvan@stat.gov.az

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
  Şirvan şəhəri üzrə Maliyyə İdarəsi

Şirvan şəhəri üzrə Maliyyə İdarəsi öz səlahiyyətləri çərçivəsində Şirvan şəhərində maliyyə siyasətini həyata kecirən, yerli gəlir və xərclər üzrə büdcə və büdcədənkənar vəsaitlərin layihələrini hazırlayan, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrasını həyata kecirən və həmin maliyyə əməliyyatlarının ucotunu aparan, yerli xərclər üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəliklər qəbul edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölməsidir.

Ünvan:  Şirvan şəhəri İstiqlaliyyət prospekti 16
      Tel: (02121)-5 18 48
      Faks: (02121)-5 54 88
      Email: Sirvanyxo@mail.ru

 

Şirvan şəhər İcra Hakimiyyəti Başçısının
  I nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik

Şirvan şəhəri İcra Hakimiyyəti Başçısının  06.12.2012-ci il tarixli, 81 nömrəli sərəncamı ilə yaradılmış Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 01.03.2013-cü il tarixdən etibarən fəaliyyətə başlamışdır.
    Nümayəndəlik  yarandığı gündən şəhərin təmizliyinin, yaşıllığının və abadlığının qorunmasına nəzarət etməkədir. Şəhər ərazisində  daim yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat başına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin  və müvəqqəti yaşayan şəxslərin siyahısılaşmasını aparır, əhalinin say tərkibini dəqiqləşdirərək əhalinin sayını müəyyən edir.
      Nümayəndəlik ərazi dairəsində  yaşayan  vətəndaşların qəbulunu həyata keçirir, onların ərizə, şikayət və təkliflərinə baxır, bəzilərini yerindəcə operativ şəkildə həll edir, digərinin həll olunması üçün lazımi orqan və təşkilatlara göndərir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının əmr və tapşırıqlarına əsasən şəhərdə aparılan abadlıq, təmir, tikinti və quruculuq işlərində fəal iştirak edir.
     Şəhərdə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətlərini təsdiq edən arayışlar və digər arayışlar verir, şəhərdə yaşayan gənclərin hərbi xidmətə  yola salınması üçün tələb olunan sənədlərinin hazırlanıb Şirvan şəhər Hərbi Komissarlığına təqdim olunmasını təmin edir.
     2019-cu ilin dekabr ayında keçirilmiş Bələdiyyə seçkiləri  ilə əlaqədar şəhər üzrə seçkilərin lazımi səviyyədə baş tutması üçün seçkilərə hazırlıq və təşkilatı tədbirlərin həyata keçirilməsini təmin etmiş, səs vermə hüququ olan seçicilərin sayını müəyyənləşdirərək 46 saylı Şirvan şəhər Seçki Dairəsinə göndərmişdir.
    1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tabeçiliyində olan Mənzil İstismar Sahəsinin ərazisində olan məişət tullantılarının təmizlənməsinə, toplanmasına və daşınmasına, eyni zamanda digər gördükləri işlərə, Kommunal Kombinatı Müəssisəsinin ərazisində təmizlik işlərinə, çirkab suların çəkilməsinə və  Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən şəhər ərazisində olan yaşıllıq zolaqlarına, əkilmiş ağaclara və gül kollarına aqro texniki qaydada  qulluq olunması işlərinə nəzarəti həyata keçirməkdədir.

Ünvan: İstiqlaliyyət prospekti 12
       Tel: 021-215-32-88
       E-mail: lady.besire@mail.ru

 

Şirvan şəhər Mədəniyyət şöbəsi

Şirvan şəhərinin mədəniyyət müəssisələrinə 01 noyabr 2016-cı il tarixədək Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsi rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli, 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında”  29 mart 2016-cı il tarixli, 1932 nömrəli sərəncam imzalamışdır. Sərəncama əsasən 01 noyabr 2016-cı il tarixdə Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsi ləğv olunmuşdur. Həmin tarixdən 01 yanvar 2017-ci il tarixədək Şirvan şəhərinin mədəniyyət müəssisələrinə ləğvetmə komissiyası rəhbərlik etmişdir. 01 yanvar 2017-ci il tarixdən Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başlamışdır. Hazırda Şirvan şəhərinin mədəniyyət müəssisələri həmin idarənin tabeçiliyində fəaliyyət göstərirlər.

Ünvanı: İstiqlaliyyət prospekti 12
      Tel: 021-215-06-46
      Faks: 021-215-10-94; 021-215-06-29         

 

Şirvan şəhər Təhsil Şöbəsi

Təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən yerli icra hakimiyyəti orqanıdır. Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmr və təlimatlarını, habelə Təhsil Şöbəsinin Əsasnaməsini rəhbər tutur.

Ünvanı: İstiqlaliyyət prospekti 10
       Tel: 021-215-02-91
       Faks: 021-215-03-68

       

 

Şirvan  şəhər Gənclər və İdman İdarəsi

Şirvan  şəhər Gənclər və İdman İdarəsi  1994-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən yaradılıb. Vahid ştat cədvəli üzrə idarənin 6 ştatı var.
     İdarə öz fəaliyyətini İcra Hakimiyyəti, bələdiyyə orqanları, hüquq mühafizə orqanları, qeyri–hökumət təşkilatları, idman federasiyaları və cəmiyyətləri, habelə digər ictimai birliklərlə əlaqəli şəkildə  qurmaqla gənclərlə iş, bədən tərbiyəsi və idman  sahələrində, bədən tərbiyəsi və idmanın kütləviliyininin təmin edilməsi, şəhərin yığma komandasının formalaşdırılması, nəticəli idmançıların yetişdirilməsi istiqamətində tədbirlər  həyata keçirir, şəhərdə idman yarışları təşkil etmək, idman tədbirlərinin keçirilməsinə nəzarət edir.
     Gənclər və İdman İdarəsi  gənclər siyasəti sahəsində gənclərin maraqlarının hərtərəfli təmin edilməsi, istedadlı gənclərin üzə çıxarılması, intellektual biliklərin inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması  məqsədilə müxtəlif müsabiqələri, festivalları, sərgiləri, intelektual yarışları və digər tədbirləri təşkil edir.

Ünvan: Naxçıvan küçəsi 1B
       Tel: 021 215-10-07
       Fax: 215-10-07
       E-mail: sirvangii@mys.az

 

DSMF publik hüquqi şəxsin 4 saylı Regional Ərazi Filialının Şirvan şəhər qəbul şöbəsi

    Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezdentinin daim diqqət mərkəzində olmuşdur. 4 saylı Regional Ərazi Filialının Şirvan şəhər qəbul şöbəsi-məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun yerli orqanıdır. Şöbənin əsas vəzifəsi–öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağdakı xərclərin maliyyələşdirilməsini təmin etməkdir:
    -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyaları;
    -Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
    -hamiləliyə və doğuma görə müavinət;
    -uşağın anadan olmasına görə bidəfəlik müavinət;
    -qanunvericilkdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
    -dəfn üçün müavinət
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət social yardımının  alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” qaydalarına əsasən ünvanlı dövlət social yardımını təyin edilməsi üçün vətəndaşlar Nazirliyin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi(VEMTAS) sisteminə elektron köşklərdən müraciət edirlər.
    Hazırda filialda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada həyata keçirilməsinin ən mühüm şərtlərindən olan pensiya işlərinin yeni mərkəzləşdirilmiş vahid pensiya proqram təminatı "PAS"-da (Pensiya Alt Proqramı) cəmləşdirilməsi işləri yekunlaşmışdır və əmək pensiyası təyinatı, həm də əmək pensiyası ödənişi PAS vasitəsi ilə həyata keçirilir. 2020-ci il yanvarın 1-dən əmək pensiyası hüququ olacaq şəxslərə pensiya təyin edilməsi bilavasitə PAS tərəfindən həyata keçirilməyə başlamışdır və cari ilin 12 ayında 88 nəfərə əmək pensiyası elektron təyin olunmuşdur. 2021-ci ilin 01 yanvar vəziyyətinə əmək pensiyaçılarının ümumi sayı 9673 nəfərdir. Onlardan yaşa görə 6032 nəfər, əlilliyə görə 2360 nəfər, ailə başçısını itirməyə görə isə 1281 nəfər pensiya alanlardır. 

 Ünvan: 20 Yanvar küçəsi
       Tel: 021-215-10-22
       Faks:215-10-22

 

 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı

Filial Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin müstəqil struktur bölməsi olaraq “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Məşğulluq siyasətini, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində tədbirləri həyata keçirən dövlət orqanıdır.
     Məşğulluq Mərkəzi öz fəaliyyətini yerli dövlət idarəetmə, İcra Hakimiyyəti və özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, eləcə də mülkiyyət növündən və təşkilati-huquqi formasından asılı olmayaraq şəhər ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirir.
       
     Ünvan: İstiqlaliyyət prospekti 12.
     Tel: 021 215-34-17, 021 215-34-20
     Faks: 021 215-34-17
     E-mail: shirvan_dmx@mlspp.gov.az

 

Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzi

2017-ci ildə Şirvan şəhərində aqrar sahənin inkişafının səmərəliliyini təmin etmək üçün Şirvan Kənd Təsərüffatı İdarəsi  təşkil edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə Nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanına əsasən Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzi yaradılmışdır.
    Şirvan Kənd Təsərrüfatı İdarəsinin bazasında Dövlət Aqrar İnkişaf Mərkəzi yaradıldıqdan sonra dinamik və proqessiv xəttlə inkişaf dövrü başladı. Bu inkişaf xətti 2019-cu ilin yanvar ayından könüllülük hərəkatı ilə ikinci canlanma dalğası Şirvan DAİM-in strateji yol xəritəsinə uyğun fəaliyyət göstərməsinə mühüm şərait yaratdı. Bu inkişaf strategiyasından sonra az nəfərlik heyyətdən böyük bir əmək kollektivinə çevrilən DAİM bu gün də öz missiyasını uğurla həyata keçirir. Belə ki, bu gün Şİrvan  DAİM  Maliyyə Təsərrüfat, Bitkiçilik və Heyvandarlıq olmaqla 2 sektoru, texniki nəzarət, baytarlıq sahələrini əhatə etməklə 10 nəfərdən yuxarı əməkdaşı öz ətrafında birləşdirir.

Ünvan: Naxçıvan küçəsi 5
      Tel:021 215-36-32
      E-mail:shirvan@agro.gov.az

 

Kommunal Kombinatı Müəssisəsi

Ünvan: İ.Qayıbov küçəsi 15
      Tel: 021 216-34-40
       E-mail: sirvan-kkm@mail.ru

 

Mənzil Təsərrüfatı İdarəsi

Ünvan: Heydər Əliyev prospekti 44
      Tel: 021 215-41-51
      E-mail: mtesrrufatı@inbox.ru

 

Yaşıllaşdırma Təsərrüfatı İdarəsi

Ünvan: M.Ə.Rəsulzadə prospekti 27A
      Tel: 021 215-59-92
      E-mail: ysirvan@mail.ru

 

Şirvan şəhər Sukanal İdarəsi

Ünvan: İ.Qayıbov küçəsi 34
      Tel: 021 216-24-27
       E-mail: shirvansu@mail.ru

Keçidlər