Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsəbələr

Hacıqəhrəmanlı qəsəbəsi
     Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşayan yaşlı sakinlərin dediklərinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçərək burada məskən salmışdır. Qəhrəman kişi Məkkə ziyarətinə getdiyi üçün o vaxtdan qəsəbə onun şərəfinə  “Hacıqəhrəmanlı” adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30-40 ev olmuş, qəsəbə 1950-1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olmuşdur. 1970-ci ildən Əli Bayramlı şəhərinin tabeçiliyinə verilmiş, 1975-ci ildən isə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu almışdır.
   Hacıqəhrəmanlı qəsəbəsi şimal tərəfdən Şirvan şəhəri, cənubdan Salyan rayonu, şərqdən təpəlik, qərbdən Kür çayı ilə əhatə olunmuşdur. Aran zonasıdır. Qəsəbənin coğrafi mövqeyi əlverişlidir. Qəsəbə Şirvan-Salyan yolunun kənarında yerləşir. Ərazisində respublika tabeliyində olan “Cənub” ES və “Şirvan”  OYL Əməliyyat Şirkətinin müəssisələri yerləşir.
     Hazırda qəsəbə ərazisində 530 evtəsərrüfatı vardır və əhalisi 2476 nəfərdir. Onlardan  1185 nəfəri əmək qabiliyyətlidir.  Qəsəbə əhalisinin 399 nəfəri hal-hazırda şəhərin və respublikamızın ayrı-ayrı yerlərində əmək fəaliyyəti ilə məşğuldur. Əhalinin işləməyən hissəsi  əsasən öz şəxsi  təsərrüfatlarında özünüməşğulluğunu təmin etməkdədir..
    Qəsəbənin hüdudları daxilində torpaqların sahəsi 895,12 hektardır.
    Bundan:
    - dövlət mükiyyətində 651 ha
    - xüsusi mülkiyyətdə 44 ha
    - bələdiyyə mülkiyyətində 244,12 ha-dir.

Əhalinin məşğuliyyətini əkinçilik, heyvandarlıq və quşçuluq təşkil edir. Qəsəbədə 6 ticarət obyekti fəaliyyət göstərir ki, onlar əhalini  gündəlik təlabat malları ilə təmin etməkdədir. Qəsəbədə 1 Bələdiyyə,  630 şagird yeri olan 1 orta məktəb, 1 kitabxana, 1 klub, 2 maşınların yuyucu sexi, 1 həkim məntəqəsi, 256 yerlik 1 EATS, 1 maye qaz doldurma məntəqəsi və 1 baytarlıq  məntəqəsi  fəaliyyət göstərməkdədir. Qəsəbənin qəbristanlığı və 1 məscidi var. Şirvan şəhəri ilə qəsəbə arasında 4 ədəd mikroavtobus işləyir. Əhaliyə 4 sayli poçt şöbəsi xidmət göstərir.

Ünvanı: M.Ə.Rəsulzadə küçəsi 9
      Tel: 021-215-87-40, 215-85-14
      E-mail: haciqahramanli@mail.ru

 

Bayramlı qəsəbəsi
    Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir.
    01.10.2004-cü il tarixdə Bayramlı yaşayış massivinə Əli Bayramlı şəhərinin tabeliyində ərazi vahidi statusu verilmişdir. Qəsəbənin ərazisində 1920-ci ildə işə düşən Azərbaycanda ilk Pambıqtəmizləmə zavodlarından biri olan Əli Bayramlı Pambıqtəmizləmə zavodu olumuşdur ki, bu da şəhərin inkişafında böyük rolu olmuşdur. 1997-ci ildə həmin zavod “Muğan Pambıq” ASC-yə çevrilmiş, 2002-ci ildən isə öz fəaliyyətini dayandırmışdır.
    Qəsəbədə 480 yerlik 3 saylı tam orta məktəb, 6 saylı körpələr evi-uşaq bağçası, qəsəbə həkim tibb məntəqəsi, poçt, klub, kitabxana, məişət və ticarət obyektləri, qəsəbə icra nümayəndəliyinin inzibati binası və 2 məscid fəaliyyət göstərir. Qəsəbədə Qarabağ uğurunda həlak olmuş 8 şəhidimiz vardır və qəsəbənin giriş hissəsində onların şərəfinə abidə ucaldılmışdır.

Ünvanı: Sabir küçəsi 1
      Tel: 021-216-32-76
      E-mail: bayramliicra@mail.ru

Keçidlər